Haqqımızda
SubbakalavrBakalavrMagistrLiseylərə qəbulYeni
XəbərlərMediaBloqTezliklə
AddımlarKomandaFAQƏlaqə

Xəbərlər

22 iyul - Milli Mətbuat Günü!

22 Jul, 2024

22 iyul - Milli Mətbuat Günü!

Bu münasibətlə media sahəsində çalışan bütün peşəkarları ürəkdən təbrik edirik.

1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. Vətənpərvər ziyalı Həsən bəy Zərdabi böyük əzab-əziyyətdən sonra ana dilində ilk qəzetin çapına müvəffəq olmuşdu. 1875-ci ilin 22 iyul tarixindən 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. “Əkinçi” qəzetində dövrün görkəmli alim və ziyalılarının – Nəcəf bəy Vəzirovun, Moskvadan Əsgər ağa Goraninin, Şamaxıdan Məhəmmədtağı Əlizadə Şirvaninin, Dərbənddən Heydərinin göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundzadənin “Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunurdu.

Footer main logo

Biz abituriyentlərə, bakalavrlara və subbakalavrlara gələcək karyeraları ilə bağlı əsaslı qərarlar vermələrinə kömək edirik. Məqsədimiz sizə ən uyğun ixtisası seçməkdə yardım etməkdir. Platformamızda müxtəlif ixtisaslar haqqında geniş məlumat əldə edə, maraqlarınıza və qabiliyyətlərinizə uyğun seçimlər edə bilərsiniz. Təhsil və karyera yolunda uğurlar arzulayırıq!

Xidmətlər

Dəstək

  • FAQ

  • İstifadəçi razılaşması

  • Bakı şəhəri, Xətai rayonu, İnqlab İsmayılov küç., ev 56 AZ1015

Yeniliklərimizdən xəbərdar olun

Ən son xəbərlər, elanlar və məqalələrdən xəbərdar olun.

+994513243515

İxtisasSeç 2024 Bütün hüquqlar qorunur